Qeyri-peşəkar masaj və manual terapiya onurğa üçün təhlükəlidir

Masaj üçün ən təhlükəli, həssas nahiyə onurğadır.
İnsanlar bilmədən kimə oldu masajı etibar edir.

“Medicina” xəbər verir ki, masajist Mariya Popova onurğaya toxunmamağı tövsiyə edib.
“Əgər massajçı peşəkardırsa, osteopat və ya manual terapevt deyilsə, o onurğaya əl belə vurmamalıdır.

Massajçı onurğa ətrafı əzələ bloklarını işləməlidir. Kürək, onurğa ağrıyırsa, nəinki masaj, hətta sığallama, döyəcləmə, qaşıma belə olmamalıdır.

Çox insanlar onurğada sinir ağrısı, ağrılı diskomfort hiss edən kimi yaxınlarından xahiş edir ki, onurğanı, beli möhkəm ovuşdursun, masaj etsin.

“Belə halda ağrı nahiyəsinə masaj çox təhlükəlidir. Bu sinirin daha da sıxılmasına və əl-ayaqların keyiməsinə səbəb ola bilər.

Möhkəm masaj və prosedur zamanı onurğa fəqərələri sürüşə bilər, fəqərələrarası yırtıq daha da böyüyər, protruziya və ostexondroza səbəb ola bilər.

Masaj peşəkar tibbi təhsili olan masaj və fizioterapistlərdə yarım ildə 1 dəfə oluna bilər. Xüsusən oturaq işdə çalışanlara, idmanla məşğul olanlara, uşaq və yeniyetmələrə çox vacibdir. Bir şərtlə ki, onurğa ilə monipulyasiya aparılmasın”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.