Orqanik yumurta nədir?
Orqanik yumurta nədir? üçün şərhlər bağlıdır
Orqanik yumurta nədir?

Orqanik yumurta hansı yumurtalara deyilir?

Səhər yeməyi masaları üçün vazgeçilməzi və sağlam bir həyatın əsas qidalarından biri olan yumurta ən çox istehlak edilən qida məhsullarından biridir. Yüksək qida dəyəri və zülal tərkibi ilə düzgün istehlak edildikdə çoxsaylı faydaları vardır. Bununla birlikdə, kütləvi istehsal və kimyəvi pestisidlərin qaydaya çevrildiyi 21-ci əsrdə yumurtaların faydaları əvvəlki kimi “torbada kəklik” deyil. Bu səbəbdən mütəxəssislər bəslənmə və yetişdirmə zamanı kimyəvi maddələrlə təmasda olmayan toyuqlardan orqanik yumurtaları tövsiyə edirlər. Bəs orqanik yumurta nədir? Digər yumurtadan nə ilə fərqlənir? Faydaları nədir?

Orqanik Yumurta nədir?

Orqanik yumurta heç bir kimyəvi maddə ilə təmasda olmayan və yalnız təbii ot və yemlə bəslənən toyuqlardan alınır. Bir yumurtanın orqanik olması üçün əslində aşağıdakı standartlar axtarılır:

Toyuq yemi və ya otları sintetik, GMO (genetik cəhətdən dəyişdirilmiş orqanizm), döllənməməli və ya heç bir şəkildə dərmanlanmamalıdır;
Orqanik sertifikatlaşdırılma üçün qidalar;
Toyuqlara hormon, antibiotik və ya başqa bir dərman vurmamaq;
Toyuqların ən az üç il yetişdirildiyi ərazidə kimyəvi və ya sintetik gübrələmə olmaması;

Toyuq ferması sənaye sahələrindən uzaq bir mühitdə yerləşir.
Bu şərtləri təmin etməklə yumurtanın insanlarda xərçəng, allergiya və ya hormon balansına səbəb ola biləcək hər hansı bir kimyəvi maddə ilə çirklənməsi ehtimalının aradan qaldırıldığı güman edilir. Beləliklə, orqanik yumurta sağlam toyuqların sağlam yumurtalarıdır. Bu istehsal növü baha başa gəldiyindən, normal yumurtalardan da baha satılır.

Yumurtanın orqanik olub olmadığını necə bilmək olar?

Yumurta sarısı nə qədər sarıdır?
Yumurtanın orqanik olub olmadığını da sarının tonu və ölçüsü ilə test edə bilərsiniz. Orqanik yumurta ümumiyyətlə adi yumurta ilə müqayisədə daha kiçik bir sarıya sahibdir. Ancaq daha tünd gəngi olur. Açıq rəngli yumurtanın yaxşı bəslənməyən və işıq görməyən toyuqlardan əldə edildiyinə dair bir çox araşdırmalar var. Orqanik yem və orqanik otla bəslənən toyuqların yumurta sarısı daha tünd, bəzən portağal rənglərinə daha yaxındır. Bununla birlikdə, yumurtanın sarısı heç vaxt qırmızıya yaxın olmamalıdır; Bu rəng toyuğun qidasına süni maddələrin əlavə olunduğunu göstərir.

Orqanik yumurta ilə normal yumurta arasındakı fərq


Orqanik yumurta ilə normal yumurta arasında çox oxşarlıqlar və fərqlər var. Orqanik yumurtaların faydaları və normal yumurtalardan fərqi aşağıdakı kimi sadalana bilər:

  1. Kimyəvi maddələr yoxdur

Orqanik yumurtaların normal yumurtalardan əsas fərqi, təmin edildiyi toyuqlarda hormon, zəhərli maddə, ağır metal və ya böcək dərmanı olmamasıdır. Bu cür maddələr zamanla insan orqanizmində toplana bilər və xərçəngə, sinir sisteminə mənfi təsirlərə və hormonal balans problemlərinə səbəb ola bilər. Qeyri-orqanik, ucuz yemlərlə bəslənən və aşılanan toyuqlardan alınan yumurtalar bu cür maddələrin tərkibində olma riski yüksəkdir. Orqanik yumurtalarda bu cür kimyəvi maddələr yoxdur.

2. Antibiotik yoxdur

Yumurta təsərrüfatlarında (fermalarda) xəstə toyuqlara antibiotik verilə bilər. Bundan əlavə, bu toyuqlara tez-tez xəstəlik əleyhinə antibiotiklər vurulur. Ancaq antibiotiklər toyuqdan yumurtaya keçir. Journal of Agriculture and Food Chemistry jurnalında yayımlanan 2000-ci ildə aparılan bir araşdırmaya görə toyuq yemində istifadə edilən antibiotiklər toyuq yumurtasında yeddi günə qədər qala bilər. Bu cür yumurta istehlakı insanlarda antibiotik müqavimətinə səbəb ola bilər. Antibiotik allergiyası olan insanlarda da reaksiyalara səbəb ola bilər. Orqanik yumurta qeyri-təbii üsulla əldə edilən yumurtalarda olduğu kimi antibiotik qalığı riski daşımır.

3. Daha yüksək qidalanma dəyəri

Orqanik və qeyri-təbii yumurta arasında makroelementlər adlanan protein, karbohidrat və bəzi yağlar baxımından əhəmiyyətli bir fərq yoxdur. Orqanik yumurtaların daha az xolesterol ehtiva etdiyi iddiası elmi olaraq təsdiqlənmiş bir məlumat deyil.

Ancaq mikroelementlər baxımından orqanik yumurtanın qeyri-təbii bir yumurtadan üstün olduğunu əminliklə deyə bilərik. ABŞ-ın Penn State Universitetində aparılan bir araşdırmaya görə, orqanik yumurtaların tərkibində daha çox mikroelement var. Buna görə orqanik yumurtaların tərkibində normal yumurtalardan üç qat daha çox omeqa-3 yağ turşusu, yüzdə 40 daha çox A vitamini və 2 qat daha çox E vitamini var. Orqanik yumurtalarda beta karoten miqdarı da daha yüksəkdir.

Yumurtanın köhnə olduğunu necə bilmək olar?

Zülal mənbəyi olan yumurtanın faydaları saymaqla bitmir. Tərkibi vitamin və minerallarlarla zəngindir.

İnsanı uzun müddət tox saxlayır və metobalizmi sürətləndirir, beyin və ürək-damar sistemi üçün olduqca faydalıdır.
Təbii ki, bütün bu sadalananlar təzə yumurtaya aiddir.
Bəs yumurtanın təzə olub olmadığını necə bilmək olar?
Bunu yoxlamağın asan yolunu təqdim edirik:
Orqanik yumurtanın təzə olub olmadığını müəyyən etmək üçün lazım olan tək şey bir stəkan (otaq temperaurunda) sudur. Yumurtanı stəkana atın.

Yumurtanın köhnə olduğunu necə bilmək olar?
Yumurtanın köhnə olduğunu necə bilmək olar?

Əgər yumurta stəkanın dibinə düşərsə bu onun təzə olmasından xəbər verir. Bu cür yumurtanı istifadə edə bilərsiniz.
Əgər yumurta stəkanın ortasında üfiqi vəziyyətdə qalarsa bu onun çox da köhnə olmadığını bildirir.
Amma əgər yumurta şaquli olaraq stəkandakı suyun səthinə yaxın dayanırsa o zaman bu yumurtanın köhnə olmasından xəbər verir. Onu yemək məsləhət deyil.

Yumurtanı soyuducunun qapısında saxlamayın!

Qadınların əksəriyyəti yumurtanı soyuducunun qapısında bunun üçün nəzərdə tutulmuş hissədə saxlayır. Lakin mütəxəssislərin fikrinə görə, bu yer yumurta saxlamaq üçün ən pis yerdir.

Yumurtanı soyuducunun qapısında saxlamayın!
Yumurtanı soyuducunun qapısında saxlamayın!

İngiltərə alimləri bununla bağlı xüsusi araşdırma aparıblar.
Soyuducunun qapısı ən isti yerdir. Bundan əlavə qapı tez-tez açılır ki, bu zaman temperatur da tez-tez dəyişilir. Bütün bunlar yumurtanın daha tez xarab olmasına səbəb olur.

Bundan əlavə soyuducunun qapısının açılması zamanı yumurta daim silkələnir ki, bu da onun keyfiyətinə və dadına mənfi təsir edir.
Mütəxəssislər yumurtanı soyuducunun orta rəfində, kəskin iyi olan məhsullardan uzaqda saxlamağı tövsiyə edirlər.

qaynaqlar: Dovemed

0

Yuxarı

X