Köp yaradan qidalar hansılardır?

İnsanlarda şişkinliyə ən çox fermentləşdirilə bilən oliqosaxaridlər, disaxaridlər, monosaxaridlər və poliollar qida qrupu səbəb olur.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, bunu terapevt, qastroenteroloq Vera Samsonova deyib.

Mütəxəssis mədə problemlərinə səbəb olan qida komponentlərindən biri kimi laktozanın adını çəkib. Bu maddə daha çox süd, qatıq və qaymaqlı pendirlərdə olur.

Həmçinin, buğda və çovdar toxumlarında, paxlalı bitkilərdə, sarımsaq və soğanda olan çoxlu sayda oliqosaxaridlərin istifadəsi də narahatlığa səbəb olur.

Bununla yanaşı, bir çox meyvə və tərəvəzlərdə, şirniyyatlarda, xüsusən də əncir, manqo, xurma və balda olan monosaxaridlər də köp yaradır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.