Sızanaqları qısa müddətdə müalicə edən maska

Mövsümü dəyişikliklər, kirli hava, uzun müddət üzdə qalan makiyaj sızanaqların yaranmasına səbəb olur.

Orqanik.az Axşam.az-a istinadən qısa müddət ərzində narahatlıq yaradan izlərdən qurtulmağınıza yardımçı olacaq sadə maskanı təqdim edir.

Kokos yağı güclü antibakterial xüsusiyyətlərə malikdir. Məsamələri bağlayan kir və yağları təmizləməklə yanaşı, tərkibindəki yağ turşusu ilə dərinizi qidalandırır və nəmləndirir. Qərənfil yağı  (mixək yağı) ilə birlikdə cildə nüfuz edərək sızanaqların yaranmasına səbəb olan bakteriyaları məhv edir.

Tərkibi:

3-5 damcı mixək yağı
1 xörək qaşığı kokos yağı

Maskanın məsamələrə daha yaxşı nüfuz edə bilməsi üçün üzünüzü 5 dəqiqə buxarda saxlayın. Daha sonra yağları qarışdırıb üzünüzə çəkin və dairəvi hərəkətlərlə yumşaq bir şəkildə masaj edin. Təxminən 10 dəqiqə gözlədikdən sonra cildinizi təmizləyib yuyun. Bunu gündə bir dəfə etməyiniz tövsiyə olunur. Bu maskaya zeytun yağı da əlavə edə bilərsiniz. Zeytun yağı antibakterial aktivliyi artırır, dərini qoruyur və məsamələrin təmizlənməsinə kömək edir.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.