Hamiləlik zamanı parasetamol qəbulunun ZƏRƏRLƏRİ
Hamiləlik zamanı parasetamol qəbulunun ZƏRƏRLƏRİ üçün şərhlər bağlıdır

Hamiləlik zamanı parasetamolun qəbulu ziyansız hesab olunur. Lakin son araşdırma bu iddianı təkzib edib.

Orqanik.az aztibb.az-a istinadən bildirir ki, İsveç alimləri 8-13 həftə hamiləliyi olan 754 qadına və daha sonra 2,5 il ərzində onların dünyaya gətirdiyi uşaqlara nəzarət ediblər.

Araşdırma zamanı alimlər fikir veriblər ki, hamiləliyin ilk 3 ayı ərzində 6 dəfə və bundan çox parasetamol həbini qəbul edən qadınların uşaqları daha tez-tez nitq problemləri ilə üzləşib. Bu uşaqlarda nitq inkişafının geriliyi müşahidə olunub.

Maraqlıdır ki, oğlanların nitq inkişafına ananın hamiləlik zamanı parasetamol qəbul etməsi təsir etməyib.

Orqanik.az

0

Yuxarı

X