Ağızdakı bu dad xərçəngin əlaməti ola bilər
Ağızdakı bu dad xərçəngin əlaməti ola bilər üçün şərhlər bağlıdır

Dad qönçələrində dəyişiklik beyin şişinin əlaməti ola bilər.

Orqanik.az Gundem.az-a istinadla xəbər verir ki, bunu həkim və teleaparıcı Aleksandr Myasnikov deyib.

Onun sözlərinə görə, ağızda qeyri-adi acı, turş və ya metal dadı hiss ediləndə diqqətli olmaq lazımdır:

“Bir çox insan bunu unudur. Lakin bəzən bunun arxasında nadir hallarda beyin şişi ola bilər”.

Həkim qeyd edib ki, bunun səbəbi, ehtimal ki, sinirin sıxılmasıdır:

“Üç sinir dad qönçələrindən məlumatı çıxarır və əgər nəsə dəyişərsə, ola bilər ki, bir sinir hardasa sıxılıb”.

Myasnikov əlavə edib ki, ağızda qeyri-adi dadın yaranması həm də dərmanların, məsələn, bəzi antibiotiklərin və təzyiq dərmanlarının qəbulu nəticəsində yarana bilər.

Orqanik.az 

0

Yuxarı

X