Zökəmi düzgün müalicə edin, yoxsa…

Soyuqdəyməni ilk simptomlarından biri olan zökəm adətən ciddi pozulma kimi qəbul edilmir.

Lakin “adi” zökəm asanlıqla haymoritə (həkimlər daha tez-tez “sinusit” termini işlədirlər) keçə bilər. Haymorit isə çox ağır xəstəlikdir. Haymorit çətinliklə müalicə olunur, müalicə zamanı antiotiklərdən, bəzi hallarda cərrahi müalicəsindən istifadə olunur (irinlə dolu olan boşluq deşilir, irin xaric edilir) və s. Haymoritin əsas təhlükəsi ondan ibarətdir ki, irinli ocaq beyinə çox yaxın yerləşir.

Zökəm başladıqda burunda seliyin ifrazı xeyli artır. Bu normaldır və bu orqanizmin müdafiə reaksiyasıdır. Seliklə birlikdə orqanizmdən viruslar, mikroblar, onların toksinləri ifraz olunur. Lakin bunun üçün burunda olan selik daim buradan xaric olunmalıdır. Əks halda burunda durğunluq yaranacaq, selik sinuslarda (boşluqlarda) yığılacaq və   mikrobların sayının burada sürətlə artmasına səbəb olacaq. Bu isə haymoritin başlanğıcıdr.

Əgər zökəm 1 həftədən artıq davam edirsə, burundan ifraz olunan selik bulanıq, sarı-yaşıl rəng alıbsa, mütləq LOR həkiminə müraciət edin. Bu artıq zökəmin deyil, haymoritin simptomlarıdır.

Haymoritin xarakterik simptomu alın nahiyəsində, almacıq sümüyündə küt ağrıların olmasıdır.  İnsan burnunu boşaldanda ağrı bir qədər azalır, sonra isə yenidən əmələ gəlir.

Zökəm zamanı həkimlər damar daraldıcı damcılardan (burun damcıları) istifadə etmək tövsiyə etmirlər. Bu damcılar müalicə etmir, yalnız müvəqqəti effekt verir. Damcılar burunun selikli qişasında yerləşən və buradan seliyi ifraz etməyə kömək edən kiçik tükcüklərin fəaliyyətini pozur. Nəticədə selik burundan normal çıxa bilmir.

Həkimlər zökəm zamanı burunu tez-tez selikdən təmizləməyi, qızdırıcı proseduraları tətbiq etməyi tövsiyə edirlər. Bu çox asandır. 2 dənə yumurta bişirin və isti halda burunun hər iki tərəfinə qoyub saxlayın. Bunun nəticəsində seliyin ifrazı asanlaşacaq.

Digər üsul – adi duz tavada yaxşı qızdırılır, kiçik pambıq torbalara tökülür və burun nahiyəsinə qoyulur.

Kamfora yağı çox yaxşı və sınanmış vasitədir. Pambığı kamfora yağında isladın və onun buxarından nəfəs alın.

Xüsusi dəniz suyu əsasında olan burun damcılarından istifadə edə bilərsiniz.

Zökəm zamanı isti ayaq vannaları, inhalyasiyalar da çox yaxşı effekt verir.

Mayenin qəbulunu mütləq artırmaq lazımdır (ot dəmləmələri, çay limonla, zəncəfil çayı, meyvə qurularının dəmləmələri və s.). Bu burun selikli qişalarının normal fəaliyyətini təmin edir, oranizmdən toksinlərin ifrazını sürətləndirir, sağalmanı tezləşdirir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.