Ziyilər insandan insana keçə bilərmi?

Ziyil hər yaşda təsadüf edilə bilən virus dermatozuna aid xəstəlikdir.

Virusun xəstə şəxsdən sağlam insana ötürülməsi üçün üç əsas şərt mövcuddur.

Birinci şərt xəstədə virusun yoluxuculuq xüsusiyyətinin yüksək olmasıdır. İkincisi, sağlam insanın immun sisteminin zəifliyi onun yoluxmasına zəmin yaradır. Sonuncu səbəb isə dəri və selikli qişanın zədələnməsidir. Bu şərtlərdən hər hansı biri olmazsa, xəstəlik Orqanik.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasının dosenti,Elşad Novruzov məlumat verib.

Mütəxəssis bildirib ki, ziyilin müalicəsində onun yerləşməsindən, ölçüsündən asılı olaraq krioterapiya, koter və lazer terapiyadan istifadə edilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.