100 min tibb işçisini əhatə edən statistik tədqiqat zeytun yağının xərçəngə qarşı, eləcə də xərçəng xəstələrində ölüm riskini azaltdığını sübut edib.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, amerikalı tibb mütəxəssisləri hər gün müntəzəm müəyyən miqdar təmiz zeytun yağı istifadə etməyin insana təsirini araşdırıb.
Belə ki, gündə 30-50 ml zeytun yağı istifadəsi – həm içmək, həm yemək və salatlarda birgə – müxtəlif növ xərşəng xəstəliyindən ölümü 17%, ürək-damar xəstəliklərindən ölüm riskini isə 19% azaldır.
“Biz dietoloqların zeytun yağı barədə tövsiyəsini təsdiq etdik. Müşahidələrimiz göstərdi ki, istənilən xəstələrin, o cümlədən xərçəng xəstələrin qidasında marqarin və digər yağlar zeytun yağı ilə əvəz olunmalıdır. Bu onlara daha çox faydalıdır” – deyə Marta Ferre bildirib.
Orqanik.az