Xroniki böyrək xəstələrində ölüm və əlil qalma riski nə qədərdir?

Xroniki böyrək xəstələrində ölüm və əlil qalma riski sağlam insanlarla müqayisədə 30% çoxdur.
 
Orqanik.az aztibb.az-a istinadən bildirir ki, bunu nefroloq Barat Yusubov deyib.
 
Həkimin sözlərinə görə, bu ciddi xəstəliyin ağırlaşmalarının qarşısını almaq üçün müalicədən əvvəl qabaqlayıcı tədbirlərin (profilaktikanın) rolu böyükdür:
 
“İnfeksiya, qanaxma, səhv dərman müalicəsi, hətta tez-tez ağrıkəsici qəbulu, siqaret və spritli içki qəbulu ilə böyrəklərdə funksional pozulma yarana bilər”.
 
B.Yusubov onu da əlavə edib ki, xüsusilə şəkər, yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri və piylənmə problemi olanlar, yaşlı insanlar və ailəsində böyrək xəstəliyi olanlar risk altında sayılır. Risk daşıyan insanlar böyrək xəstəliklərinin qarşısını almaq üçün mütəmadi olaraq müayinə olunmalıdırlar.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.