Zeferan

Zeferan

-Qanı təmizləyir, saflaşdırır, bədənin bütün hüceyrələrinin qanla təçhizatını normallaşdırır.
-Beyin fəaliyyətini yaxşılaşdırır, yaddaşı gücləndirir.
-Sinir sisteminə müsbət təsir göstərir, normal yuxunu təmin edir.
-Mədə və bağırsaqların fəaliyyətini tənzimləyir.
-Sidik kisəsi və böyrəkləri təmizləyir.
-Cinsi fəallığı artırır.
-Görmə qabiliyyətini yaxşılaşdırır.
-Alkoqol asılılığını müalicə edir.
-Vaxtsız qocalmanın qarşısını alır.
-Astma və bronxit xəstəliklərinin müalicəsində faydalıdır.
-Qaraciyər və öd kisəsi üçün xeyirlidir.
-Zəfəran həmçinin soyuqdəymə zamanı temperaturu aşağı salır, öskürəyi kəsir.
-Müntəzəm istifadə edildikdə dəriyə müsbət təsir göstərir.
-Diş ətini xəstəliklərdən qoruyur.
-Zəfəran orqanizmin immun sistemini gücləndirir, bədənin ümumi tonusunu qaldırır.
-Hazırda zəfəran dünyanın kosmetika sənayesində də geniş istifadə olunur. Xüsusilə təbii kremlərin hazırlanmasında zəfəran bitkisi əsas komponentlərdən biridir.
-Zəfəranı uzun müddət saxladıqda o öz faydalı xüsusiyyətlərini itirir. Ədviyyat quru və sərin yerdə saxlanılmalıdır.
-Zəfərandan qədərindən artıq istifadə xoşagəlməz hallarla müşahidə oluna bilər. Buna görə də ondan az miqdarda istifadə olunmalıdır. Hamilə qadınlara zəfərandan istifadə etmək məsləhət görülmür. O cümlədən 2 yaşına qədər uşaqların qida rasionuna zəfəranı daxil etmək olmaz.

Bu yazı Bloglar kateqoriyasına əlavə olunmuşdur. Yazını Bookmark edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.