“Yuxusuzluq şəkərli diabetin əlaməti ola bilər” – Britaniyalı mütəxəssis

Xroniki yuxu çatışmazlığı yüksək hemoglobin səviyyəsi ilə əlaqələndirilə bilər, yəni yuxusuzluq diabetə səbəb ola bilər.

Orqanik.az Trend-ə istinadən bildirir ki, bunu britaniyalı mütəxəssis Stiv Peyn aparlımış tədqiqatların yekununa əsasən bildirib.

Onun sözlərinə görə, həkimlər yuxusuzluq problemli 40 yaşdan aşağı olan insanların daha çox diabet xəstəliyinə məruz qaldıqları qənaətinə gəliblər.

Bristol Universitetində aparılmış araşdırmanın nəticələrinə görə, yuxusuzluqla bağlı problemləri olan insanlarda daha yüksək hemoglobin səviyyəsi müşahidə olunur.

“Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Mütəxəssislər yuxu çatışmazlığının qlükoza mübadiləsi ilə əlaqəli ola biləcəyini və həmçinin iştaha və aclıq səviyyəsinə təsir edən hormonal disbalansa səbəb ola biləcəyini düşünürlər”, – S. Peyn bildirib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.