Yuxululuq qorxulu xəstəliklərin əlaməti ola bilər

Rusiyalı həkim İrina Tereşçenko yuxululuq və yorğunluğun təhlükəli əlamətlər olduğunu bildirib.

Onun sözlərinə görə, susuzluq hissi və ləng regenerasiya ilə müşayiət olunan yuxululuq və apatiya diabetə işarə ola bilər.

Həmçinin, daimi yatmaq istəyi anemiya və tiroid xəstəlikləri, xüsusən də hipotiroidizmdən xəbər verə bilər.

“Dəmir, vitamin D, E, B12, sink, maqnezium, kalium gümrahlığımıza cavabdeh olan əsas maddələrdir. Zəiflik halında, qanda onların həcmini yoxlamaq tövsiyə olunur. D vitamininə xüsusi diqqət yetirilməlidir. Belə ki, çoxu məhz onun çatışmazlığından əziyyət çəkir”, – deyə Tereşçenko qeyd edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.