Yuxuda qəfil ölümün səbəbi BUDUR

Kardioloq Andrey Kondraxin yaşdan asılı olmayaraq, yuxuda qəfil ölümün səbəblərini açıqlayıb.

Orqanik.az Orqanik.az-a istinadla xəbər verir ki, bəzi xəstəlik və faktorlar yuxuda qəfil ölüm riskini artırır.

Adətən ürək-damar problemləri olanlarda bu ürək ritminin pozulmasından baş verir.

Eləcə də ağciyər arteriyasının trombla tutulmasından baş verən emboliyadan ölüm olur.

“Bəzən insan yuxuda ikən insult olur. Çox bərkdən xoruldayanlarda apnoe, tənəffüsün dayanması baş verir.

Digər xarici amillər isə etil spirti, psixotrop dərmanlar və yuxu dərmanları, narkotik maddə dozasının aşılmasıdır.

Bu amillər üçün insanın yaş faktoru önəm daşımır.

Belə qəfil ölümdən sığortalanmağın yeganə yolu hər il ümumi çek-apdan keçib, ürək-damarları yoxlatmaq, xoruldamağı müalicə etdirmək, zərərli vərdişlərdən uzaq durmaqdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.