Yuxuda boğulma: səbəblər və çarəsi – Həkim yazır

Obstruktiv yuxu apne sindromu (OSA) yuxu zamanı yuxarı tənəffüs yollarının təkrarlanan sallanması nəticəsində yaranan bir xəstəlikdir. Bu yuxu ilə əlaqəli olan tənəffüs pozulmasıdır.

OSA dil və yumşaq damaq kimi boğazın yumşaq toxumalarının əzələləri boşaldığı zaman meydana çıxır. Bu tənəffüs yolunun daralmasına və ya tamamilə bağlanmasına səbəb olur. Bir anlıq nəfəs kəsilir.

Normalda hava, ağız və burundan ağciyərlərə hər zaman, o cümlədən yuxu zamanı rəvan keçməlidir.

Nəfəsalmanın tamamilə dayandığı dövrlərə apne  və ya apne epizodları deyilir. OSA-da normal hava axını gecə boyudəfələrlə dayanır.

OSA ən çox kişilər arasında rast gəlinir, lakin uşaqlar da daxil olmaqla hər kəsdə rast gəlinə bilər. Xəstəlik qadınlarda monopozdan sonra artır. Belə ki, kişilərdə və postmenopozal qadınlarda təxminən eynidir.

Xoruldama səssizlik dövrləri ilə kəsilirsə, OSA ilə əlaqələndirilir. Xoruldama daralmış tənəffüs yolu vasitəsilə hava axınının sıxılması nəticəsində yaranır.

Xatırlatmaq vacıbdir ki, xoruldama mütləq potensial olaraq ciddi bir şey göstərmir və xoruldayan hər kəsdə OSA yoxdur.

Müalicə olunmayan OSA ciddisağlamlıq problemlərinə səbəb ola bilər, məsələn:

  • yüksək qan təyziqi
  • ürək xəstəliyi
  • insult
  • diabet
  • atrial fibrilyasiya (anormal ürək ritmi)
  • ağciyər hipertenziyası

Fəsadların qarşısını almaq üçün düzgün diaqnoz və müalicə vacibdir.

Obstruktiv yuxu apnesinin simptomları

OSA olan insanların gündüz yuxululuqdan şikayətlənir. OSA, beyinə və ya bədənin digər hissələrinə oksigen çatdırılmasının azalmasına səbəb olur.Bu səbəbdən də yuxu keyfiyyəti azalır. Bu gündüz yuxululuğuna  və səhər gümrah olmamasına səbəb olur.

OSA olan insanlarla yataq yoldaşı olanlar aşağıdakıları bildirə bilərlər:

•  yüksək səslə xoruldama

•  nəfəs darlığı

•  boğulma

•  xoruldama

•  yuxu zamanı tənəggüsdə fasilələr

Bu simptomlar tez-tez təsadüfən aşkar edilir.

OSA olan insanlar aşağıdakı simptomlarla qarşılaşa bilərlər:

•  səhər baş ağrıları

•  narazılıq və qəzəb hissi

•  unutqanlıq

•  yuxululuq

•  gecə boyu təkrarlanan oyanmalar

Digər simptomlara aşağıdakılar aiddir:

•  uşaqlarda hiperaktivlik

•  depresiyanın pisləşməsi

•  iş və məktəb həyatında keyfiyyətin aşağı düşməsi

•  cinsi marağın azalması

Gündüz yuxululuğu yuxu apnesi olan insanlarda avtomobil qəzaları və istehsalat qəzaları riski yüksəkdir. Müalicə gündüz yuxululuğunu tamamilə aradan qaldırmağa kömək edə bilər.

Obstruktiv yuxu apnesinə səbəb nədir?

Aşağıdakılar OSA ilə əlaqəli vəziyyətlərdir:

  • obezite hipoventilyasiya sindromu olan insanlarda təbəffüs pozulması
  • hipotriodizm, akromeqaliya və polikistik yumurtalıq sindromu kimi endokrin xəstəliklər, yuxuda olduğunuz zaman nəfəsinizə təsir edə bilər.
  • Xroniki ağciyər xəstəliyi, məsələn, astma, xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) və ağciyər fibrozu
  • Döş əzələlərinə və tənəffüs yollarına beyin siqnallarına mane ola biləcək insult , sinir-əzələ xəstəlikləri
  • Boyun nahiyəsinə mayenin yığılması və yuxarı tənəffüs yoluna mane olan ürək və ya ağciyər çatışmazlığı
  • Hamiləlik

Risk faktorları

Yuxarı tənəffüs yolunu daraldan xüsusiyyətlər varsa OSA riski artır. OSA risk faktorlarına aşağıdakılar daxildir:

•  Piylənmə

•  Böyük badamcıqlar

•  Boğaz dairəsi böyük kişilər və qadınlar

•  Tənəffüs yollarını bağlaya bilən böyük dil

•  Rekroqnatiya, alt çənənizin üst çənənizdən qısa olmasıdır

•  Aşağı çökən dar damaq və ya hava yolu

•  Siqaret

•  OSA ailə hekayəsi

Obstruktiv yuxu apnesinə necə diaqnoz qoyulur?

Yuxu apnesinin diaqnozu ətraflı müayinə ilə başlayır. Gündüz yuxululuğu və xoruldamanın əmələ gəldiyi müddət önəmlidir.OSA diaqnozu üçün gecə yuxu laborotoriyasında çəkilən polisomnoqrafiya (PSG) müayinəsi mütləqdir.

Müalicə variantları

OSA müalicəsinin məqsədi yuxu zamanı hava axınının hərəkətinə maneə törədilməyəcəyinə əmin olmaqdır. Müalicə üsullarına aşağıdakılar daxildir:

Çəki itirmək

Çəkinin salınması və məşq adətən OSA olan insanlar üçün tövsiyyə edilir.

Tam remissiyaya gətirib çıxarmasa da OSA şiddətini azaltmaq üçün çəki itkisi əhəmiyyətlidir.

CPAP cihazı terapiyası

Davamlı müsbət yolu təyziqi (CPAP) terapiyası ilk müalicə metodudur.Gecələr taxılan üz maskası vasitesilə tətbiq olunur. Üz maskası gecələr tənəffüs yolunu açıq saxlamaq üçün müsbət hava axınını təmin edir.

CPAP OSA üçün yüksək effektiv müalicədir.

Yüngül və ya orta dərəcəli OSA olan və CPAP terapiyasından fayda görməyən insanlar üçün oral aparat müsbət tənəffüs yolu təyziqinə ağlabatan alternativdir.

BPAP cihazi terapiyası

CPAP terapiyası effektiv olmadıqda bəzən OSA-ın müalicəsi üçün iki səviyyəli müsbət hava yolu təyziqi (BPAP) cihazları istifadə olunur. BPAP cihazlarında nəfəs almağımıza cavab olaraq iki təyziq göstərən parametrlər var: inqalyasiya təyziqi və eksqalyasiya təyziqi. Bu nəfəs alma zamanı təyziqin eksqalyasiyaya qarşı dəyişməsi deməkdir.

Yan  yatış

Arxası üstə yatmaq bəzi insanlarda OSA-nı pisləşdirə biləcəyi üçün yan yatış pasientin vəziyyətini yaxşılaşdırır.

Cərrahiyə

OSA olan yetkin xəstələrdə cərrahiyənin rolu ilə bağlı konsepsus yoxdur. Ümumiyyətlə, CPAP və BPAP cihazları effektiv olmadıqda cərrahi müalicəni nəzərdən keçirmək olar.

Yuxarı tənəffüs yollarının ağır, cərrahi yolla düzəldilə bilən, maneə törədən lezyona görə OSA olan insanlar üçün cərrahi müalicə ən təsirli ola bilər.

Nevroloq Sevinc Mir Seyid
Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.