“Yüngül” siqaretlər daha ziyanlıdır! Onkoloqlardan xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il dünyada ağ ciyər, nəfəs yolu və bronxlar xərçəngindən 1 mln-dan artıq insan ölür.

Bu çox qorxunc statistikadır. Onkoloqların məlumatlarına əsasən, hal hazırda bu xərçəng növləri xeyli cavanlaşıb və orta və hətta cavan insanlarda daha tez-tez aşkar edilir. Dünya onkoloqların ümumi rəyinə görə, bu xəstəliklərin əsas risk faktoru siqaret çəkməkdir.

Hal hazırda bir çox siqaret çəkən insanlar daha “yüngül” siqaretlərə keçir. Onlar fikirləşir ki, bununla öz sağlamlığına daha az ziyan vururlar. Lakin bu yanılmadır. Onkoloqların sözlərinə görə, “yüngül” siqaretlər daha “ağır” siqaretlərdən yalnız nikotinin miqdarı ilə fərqlənir. Nikotin alışma yaradır. Siqaretlərin tərkibində olan çoxsaylı qatranlar isə güclü kanserogen xüsusiyyətlərinə malikdir. Bu qatranların miqdarı “yüngül” və “ağır” siqaretlərdə eynidir. Bundan əlavə sübut olunub ki, “layt”-siqaretləri çəkən insanlar tüstünü daha dərin alır ki, nəticədə ziyanlı maddələr daha dərin, tənəffüs sisteminin aşağı hissələrinə düşür. Bu isə, təbii ki, çox ziyanlıdır.

Beləliklə, özünü siqaret çəkməklə bağlı olan risklərdən qorumaq istəyən insanın yalnız bir çıxış yolu var – siqaret çəkməkdən tam imtina etməkdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.