Yunanıstan koronavirusla yaşamağa uyğunlaşır

Yunanıstan koronavirusla yaşamağa adaptasiya olur.

Orqanik.az APA-ya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Tanos Plevris bildirib.

Nazir qeyd edib ki, 2 illik pandemiya dövründən sonra ölkə yeni fazaya daxil olub. Bu faza virusla birgə yaşamaqdır.

Nazir bildirib ki, ölkədə yoluxma halları 85% azalıb, əhalinin əksəriyyəti vaksin olub.

Qeyd edək ki, turizm mövsümünə hazırlıq çərçivəsində Yunanıstan bu həftənin əvvəlindən pandemiya ilə bağlı əksər məhdudiyyətləri ləğv edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.