Yüksək təzyiq xəstəliyinə səbəb olan qidalar bunlardır – Kardioloq

Bəzi qidalar var ki, onları cavanlıqdan çox yeməklə, daim istifadə etməklə hipertoniya – yüksək təzyiq xəstəliyi qazanmaq olur.

Orqanik.az xəbər verir ki, rusiyalı həkim kardioloq uzun müddət veteranlar və təqaüdçülər üzərində apardığı müşahidələrə əsasən təzyiq xəstələrinin illərlə nə yediyini araşdırıb.

Həkim bildirib ki, qidasında ucuz sosis, kolbasa, pelmeni, mantı, xəmir yeməkləri, perojki, duzlu qidalar, yarımfabrikatlar, bulka, şirniyyat olan insanlar təzyiq və diabet xəstəliyi qazanır. Onların qarın, bel hissəsində daxili piylənmə olur.
Balıq, dəniz məhsulları yeyənlər, gündəlik yarım pors ət və bir pay tərəvəzli qidalar yeyənlər daha gec təzyiqlə üzləşir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.