Yüksək dozada vitamin D böyrəkləri sıradan çıxara bilər – XƏBƏRDARLIQ

Kanada Tibbi Assosiasiyasının mütəxəssisləri D vitamininin aşırı və nəzarətsiz istifadəsinin orqanizmdə fəsadları barədə elmi məqalə dərc edib.

Orqanik.az xəbər verib ki, onlar D vitamininin böyrəklər üçün təhlükəsi barədə xəbərdarlıq edib.

Elmi tədqiqatın məqsədi geniş kütləni vitamin D-nin elə də zərərsiz olmaması barədə maarifləndirməkdir.

Yüksək dozada vitamin D-nin qəbulu zamanı orqanizmdə intoksikasiya baş verə bilər.

İnsanlar bilməlidir ki, aşırı dozada vitamin D əlavə fayda vermir. Vitamin D içdikdə daim qanı nəzarətdə saxlamaq lazımdır. D göstəricisi 50-dən yuxarıdırsa, davamlı, müntəzəm yüksək dozada vitamini aylarla içmək xəbəriniz olmadan norma həddinin aşılmasına səbəb ola bilər.

D vitaminindən zəhərlənmə daha çox böyrəkləri zədələyir və geridönməz dəyişikliklər yaradır. /Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.