Kanada Tibbi Assosiasiyasının mütəxəssisləri D vitamininin aşırı və nəzarətsiz istifadəsinin orqanizmdə fəsadları barədə elmi məqalə dərc edib.
Orqanik.az xəbər verib ki, onlar D vitamininin böyrəklər üçün təhlükəsi barədə xəbərdarlıq edib.
Elmi tədqiqatın məqsədi geniş kütləni vitamin D-nin elə də zərərsiz olmaması barədə maarifləndirməkdir.
Yüksək dozada vitamin D-nin qəbulu zamanı orqanizmdə intoksikasiya baş verə bilər.
İnsanlar bilməlidir ki, aşırı dozada vitamin D əlavə fayda vermir. Vitamin D içdikdə daim qanı nəzarətdə saxlamaq lazımdır. D göstəricisi 50-dən yuxarıdırsa, davamlı, müntəzəm yüksək dozada vitamini aylarla içmək xəbəriniz olmadan norma həddinin aşılmasına səbəb ola bilər.
D vitaminindən zəhərlənmə daha çox böyrəkləri zədələyir və geridönməz dəyişikliklər yaradır. /Orqanik.az
Orqanik.az