Yeni ildə də sağlam qalın

İspanaq əslində göyərti deyil, yarpaq tərəvəzdir. İspanaq Avropa və Amerikada çox populyardır.

Orqanik.az axşam.az-a istinadən bildirir ki, onun tərkibində A, E, C, K, PP, B qrupu vitaminləri, kalsium, maqnezium, kalium, dəmir, fosfor, sink, marqans, mis, selen kimi minerallar var. Həmçinin ispanaq qidalı liflər və zülalla da zəngindir. Kimyəvi tərkibə görə ispanağı ən faydalı göyərti kimi hesab etmək olar. 

İspanağın insan sağlamlığı üçün faydaları saymaqla bitməz:

– orqanizmi vitamin və minerallarla təmin edir, hipovitaminozlar zamanı olduqca faydalıdır

– orqanizmdən ziyanlı maddələri xaric edir

– maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, arıqlamağa kömək edir

– qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır

– bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyi aradan qaldırır

– mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir

– qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır

– sinir sistemi üçün faydalıdır

– damarları genişləndirir, arterial təzyiqi tənzimləməyə yardım edir

– göz sağlamlığını qoruyur.

Gözəlliyi ilə bütün dünyada məşhur olan fransız qadınları ispanağı formada qalmaq və dərini daha gözəl etmək üçün daim istifadə edir. Sizə ispanaq maskasının reseptini təqdim edirik: ispanaq yarpaqları yaxşı yuyulur, blenderdə əzilir, üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın, sonra yuyun və nəmləndirici krem çəkin.

İspanağın əsas mənfi cəhəti tərkibində çoxlu turşəng turşusunun olmasıdır. Bu səbəbdən ispanağı podaqra və böyrək xəstəlikləri zamanı istehlak etmək olmaz

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.