Yemiş və ya qovun yay aylarının əvəzolunmaz tərəvəzlərindəndir. Yemiş yayda sərinlik verən xoş dadıyla hər kəsin sevdiyi bir bitkidir.
Böyük yarpaqlı, sarı rəngli çiçəkləri olan yemiş sarmaşıq bitki növüdür. Deyerler.org xəbər verir ki, yemiş dadı ilə hər kəsə xoş təsir bağışladığı kimi, orqanizmə faydaları ilə də məşhurdur.
Tərkibində bolluca olan su ilə yanaşı, A və C vitamini ilə də zəngindir. Yod və xrom mineralları baxımından da zəngin bir meyvədir.
Yemişin faydaları
Yemiş bədəni sərinlədir və rahatlıq verir. Elə bu xüsusiyyətinə görə yayda ən sevilən tərəvəzlərdəndir.
Sidikqovucu xüsusiyyətilə yemiş bağırsaqların da yumşalmasını təmin edərək, qəbizlik probleminə mane olur.
Böyrəklərdə qum və daş narahatlığı olan insanlar üçün yemiş çox faydalıdır. Böyrəklərdəki daş və qumun tökülməsini təmin edir.
Qaraciyər tıxanıqlığı olan insanlar yemişi istehlak etməklə bu narahatlıqlarını aradan qaldıra bilərlər.
Yuxusuzluq problemi olan insanlar da yemişi bolluca istehlak etməlidirlər.
Yemişin ac olarkən yeyilməsi isə olduqca faydalıdır.
Yemişin özü kimi tumlarının da faydaları var. Tumların yeyilməsinin daxili yaralar üçün faydaları var.
Yemişin zərərləri
Yemişin tərkibində bol miqdarda şəkər olduğu üçün şəkər xəstələri diqqətlə istehlak etməlidirlər.
Xora və də həzm sistemi iltihabı olan şəxslərə də məsləhət edilmir.
Orqanik.az