Yeməkdən sonra mədə ağrısının ölümcül təhlükəsi

Yeməkdən sonra ortaya çıxan bəzi əlamətlər bağırsaq xərçənginin inkişafını göstərə bilər.

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, bunu kolorektal cərrahiyyə üzrə ixtisaslaşmış britaniyalı cərrah Ceyms Kinross bildirib. O, asan qaçırılan simptomların ölümcül təhlükəsi haqqında danışıb.

Kinrossanın sözlərinə görə, bağırsaq xərçənginin ən diqqət çəkən əlamətlərindən biri mədə ağrısı və ya yeməkdən sonra şişkinlikdir. O qeyd edib ki, bu səbəbdən insan daha az yeməyə başlayır və nəzərəçarpacaq dərəcədə arıqlayır.

Bundan əlavə, həkim əlavə edib ki, bağırsaq xərçənginin inkişafı nəcisdə, tualet kasasında və ya tualet kağızında qan, bağırsaq hərəkətlərinin təbiətindəki dəyişiklik, həmçinin qarın və ya anusda ağrı və ya palpasiya olunan şişlik ilə görünə bilər. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.