Dünya, çılğın ideyalar irəli sürən və onları sınayan maraqlı insanlarla doludur. Bu gün bir çox insan müxtəlif sahələrdə dünya rekordları vurmaq üçün bir-biri ilə yarışır. Yeməyə gəlincə, çox maraqlı rekordların qırıldığını görürük. Bu siyahıda limon suyu içməkdən tutmuş hamburger yeməyə qədər maraqlı dünya rekordları tapa bilərsiniz!
Evdar.az ən maraqlı və çətin 11 yemək rekordunu təqdim edir.
İÇİNDƏKİLƏR
- 1 1. Deepak Sharma Bajagain 1 dekabr 2009-cu ildə bir dəqiqədə 34 diş sarımsaq yeyərək dünya rekordu qırdı.
- 2 2. Peter Dowdeswell iki litr südün ən tez içilməsi rekorduna sahibdir. Dowdeswell bunu cəmi 3,2 saniyəyə bacardı!
- 3 3. Damien Fletcher bir dəqiqədə 180 qram qida jeli yeyərək maraqlı rekord qırdı.
- 4 4. Kaliforniyada yaşayan Dastin Phillips 396 qramlıq bir şüşə ketçupu 33 saniyəyə birdəfəlik çöplə (pipet) içərək öz sahəsində dünya rekordu qırıb.
- 5 5. Dünyada 3 dəqiqədə yeyilən ən çox üzüm 133 ədəddir. Bu rekordu 2001-ci ildə İngiltərədə yaşayan Met Hand qırıb.
- 6 6. Dodaqları yalamadan 3 dəqiqə ərzində yeyilən mürəbbəli donutların maksimum miqdarı 6-dır. Bir çox insan bu rekordu qırmağa çalışsa da, hələ heç kim bu rəqəmi aşa bilməyib.
- 7 7. Çubuqlarla bir dəqiqədə maksimum 27 küftə yeyilirdi. İngiltərədə yaşayan Mik Marşal bu rekordu qırıb.
- 8 8. Avstraliyalı Endryu Hajinkitas 30 saniyədə 120 ml Tabasko sousunu içmək rekorduna sahibdir.
- 9 9. 24,41 saniyəyə 1 litr limon suyu içən Stiven Çarlz Deçert maraqlı rekorda sahibdir.
- 10 10. Takeru Kobi Kobayashi üç dəqiqədə ən çox hamburger yemək rekorduna sahibdir. Kobayashi bu müddət ərzində 10 hamburger yedi!
- 11 11. 1 dəqiqədə 8 bananın qabığını soyub yeyən Patrick Bertoletti öz sahəsində dünya rekorduna sahibdir.