Heç kimə sirr deyil ki, yemək hazırlayarkən tez-tez qarışdırmaq və ya hazırlanan qaba bəzi inqrediyentləri əlavə etmək üçün isti qapağı bir müddət çıxarmaq lazımdır. Hər dəfəsində qazanın isti və nəmlənən qapağını tərs çevirərək masa üstünə qoymaq, hətta boş yer tapmaq və yaxud da onu geri qoymaq üçün götürmək əlverişsizdir. Heç bir xüsusi qapaq qoyacaqları və yaxınlıqda boş yer tələb etməyən sadə bir üsuldan istifadə edə bilərsiniz. Evdar.az yemək bişirərkən qazanın qapağını hara qoyacağını bilməyənlər üçün kiçik bir hiyləni təqdim edir.
Yemək hazırlayan hər kəs mətbəxdə boş yer qalmayanda qazanın qapağına yer tapmağa çalışaraq əziyyət çəkməyin nə olduğunu bilir. Bu problemi həll etməyin yolunu isə bir çox qazan qapağı tutacağında görənlər çoxdur. Ancaq qazanın və ya tavanın qulpunun olmağı kifayətdir! Sadəcə qazanın qapağını götürüb qulpu və halqası arasında etibarlı şəkildə oturdub bərkidin. Qapağın nə qədər yaxşı sabitləndiyinə diqqət edin ki, həm qazan aşmasın, həm də qapaq düşməsin.
Onu da qeyd edək ki, yüngül qapaqlı qazan və tavalarda qapaq yaxşı qalır. Ancaq bəzi şüşəli ağır qapaqların içindəkilərlə birgə aşıb çevrilmə ehtimalı ola bilər. Buna görə boş tavalarla sınaqdan keçirin və sonra dolu olanlarda tətbiq edin
Vacib qeyd:
Elektrik qaz plitələrində yemək bişirdikdə isti qazan qapağını boş plitəyə qoymaq tövsiyə edilmir, temperaturun kəskin düşməsi səbəbindən şüşə panel çatlaya bilər.
Evdar xanımlar hansı yeməkləri bişirdikdə qapaqdan istifadə etməmək haqqında tövsiyyələri bu məqalədən oxuya bilər.