Tıxacların sağlamlığımızı ƏN BÖYÜK ZƏRƏRİ…

Nəqliyyat vasitələrinin yaratdığı tıxaclar və həmin zaman ərzindəki səslər yollara yaxın məsafələrdə yaşayanlarda, sürücülərdə qan təzyiqinin artmasına səbəb olur.

Orqanik.az lent.az-a istinadən bildirir ki, İngiltərədəki Leicester Universitetinin tədqiqatçıları səs-küylü yol hərəkəti ilə hipertenziya riskinin artması arasında bir başa əlaqə olduğu fikrinə gəliblər.

Tədqiqatçılar arterial hipertenziyadan əziyyət çəkməyən 40-69 yaş arası 240 mindən çox insanın məlumatlarını təhlil ediblər. Məlum olub ki, yol hərəkəti səs-küyünə məruz qalanlar hipertenziya xəstəliyinə düçar olma riski ilə üz-üzə gələ bilərlər və bu risk bu risk “səs-küyün” nisbətinə görə daha da arta bilər.

Leicester Ətraf Mühitin Sağlamlığı və Davamlılıq Mərkəzindən Samuel Y Cai bildirdi ki, 8 illik izləmə müddətinə əsaslanan elmi araşdırma, uzunmüddətli trafik səs-küyünün hipertenziyaya təsirini birbaşa aşkar edən ilk araşdırma hesab edilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.