Yaz fəsli xroniki xəstəliklərin kəskinləşmə verdiyi bir fəsildir. Bu xəstəliklərin bəziləri yüngül narahatçılıqlarla ötüb keçir. Bəzi xroniki xəstəliklər kəskinləşdikdə isə ağırlaşma verir və xəstələrin sağlamlığına pis təsir edir. Bu səbəbdən də həkimlər xroniki xəstəliklərdən əziyyət çəkən adamları yaz aylarında diqqətli olmağa çağırır.
Xroniki xəstəliklərin yaz fəslində kəskinləşməsinin səbəbi qış aylarında orqanizmin günəş şüaları ilə yetərincə qidalanmaması, zəifləməsi və immunitetin düşməsidir. Orqanizmdə daima hüceyrələrin bölünməsi, inkişafı və maddələr mübadiləsi getdiyi üçün zəifləmiş orqanizm öz daxili gücünü səfərbər edir. Qışdan çıxan orqnizmin yetərincə gücü olmadığına görə isə oranizmin səfərbər etdiyi güc azalır və xroniki xəstəliklər kəskinləşir.
Bəzi xəstəliklərin kəskinləşməsi yanlız yaz aylarına təsadüf edir. Bunun səbəbi də zəifləmiş orqanizmin xəstəliklərə qarşı davamlılığının azalması olur. Yaz aylarında xəstəliklərin kəskinləşməsi aşağıdakı səbəblərdən olur:
* qışda fiziki aktivliyin azalmasından
* təmiz havada gəzintinin az olmasından
* günəş şüalarının az qəbul edilməsindən
* xarici atmosfer təzyiqinin güclü olmasından
* immunitetin düşməsindən
* sinir sisteminin yorğunluğundan.
Yaz aylarında hətta sağlam adamlarda da zəiflik, baş ağrıları, yorğunluq, psixi funksiyalarda pozğunluq, soyuqdəymə müşahidə edilə bilir. Yaz aylarında baş verən xəstəliklərdən ən çox əziyyət çəkənlər isə azyaşlı uşaqlar və yaşlılar olur.
Yaz aylarında aşağıdakı xəstəliklərin kəskinləşməsi baş verir:
* qastrit
* mədə və onikibarmaq yarası
* soyuqdəymə
* tonzillit
* hayborit
* revmatizm
* pielonefrit
* sistit.
Mütəxəssislər yuxarıda adları sadalanan xəstəliklərdən əziyyət çəkənləri ilin bu fəslində diqqətli olmağa çağırır.
Orqanik.az