Abort edildikdə nələrə diqqət yetirməli və abortdan sonrakı risk faktorları

Abort hamiləliyin müxtəlif səbəblərdən pozulmasıdır. Abort bəzən müxtəlif xəstəliklər, bəzən isə arzuolunmayan hamiləlik zamanı baş verir. El arasında “uşaq aldırma” adı ilə adlandırılan abort patoloji hamiləliklər zamanı qaçılmaz olur.
Abortun hansı qaydaları var, abort olunduqda nələrə diqqət yetirmək lazımddır?
1. Abort 10-20 dəqiqə ərzinsə sona çatmalıdır.
2. Abort hamiləliyin 10 həftəliyinə qədər həyata keçirilməlidir.
3. Abort ümumi və ya yerli keyləşdirmə altında həyata keçirilir.
4. Abort zamanı ümumi keyləşdirmə olsa da belə xəstələrdə az miqdar ağrı hissi ola bilir.
5. 18 yaşına kimi qadınlarda abortun həyata keçirilməsi valideyinlərinin izahlı yazısı ilə həyata keçirilməlidir.
6. Abortdan sonra 2 həftə müddətində qanaxma ola bilər.
7. İnsanın xarici görünüşündən abort olunduğu hiss edilməz.
8. Abotrdan sonra mütləq antibiotik qəbul etmək lazımdır.
9. Abortdan sonra xəstəxanada qalmağa ettiyac olmaz, xəstə abortdan yarım saat sonra evinə gedə bilər.
10. Abortdan sonra yüngül qanaxmalar olduqda belə xəstə gündəlik həyatına davam edə bilər.
11. Abortdan sona duş qəbul etmək olar.
12. Qanaxma qurtarmadan və ya 15 gündən tez cinsi əlaqəyə girmək olmaz.
13. Abortdan sonra müxtəlif patologiyalar yoxsa, ilk aybaşıdan sonra hamilə qalmaq olar.
14. Abort baş verdikdən sonra qanaxma dayanmazsa, həkimə müraciət etmək lazımdır.
15. Abort olunduqdan sonra dərhal spiral qoymaq mümkündür.
16. 15 yaşından kiçik qadınları abort etdikdə polisi xəbərdar etmək lazımdır.
Abortdan sonra hansı hallarda həkimə müraciət edilməlidir?
* evdə narahatlıq hissi baş verdikdə
* həddindən çox qanaxma olduqda
* abortdan 20 gün sonra qanaxma davam etdikdə
* qarının aşağı hissəsində güclü ağrılar olduqda
* abortdan sonra temperatur yüksəldikdə
* abortdan sonra pis iyli axıntı olduqda
* hamiləlik əlamətləri davam etdiyində
* ümumi halsızlıq və baş hərlənməsi olduqda
Bəzən abortdan sonra qanaxmalar olmaya da bilər. Əməliyyatdan sonra xəstəyə bir həftə ərzində idmanla məşğul olmaq və ya ağırlıq qaldırmaq məsləhət görülmür. İlk aybaşı isə 3-6 həftədən sonra baş verir. Dənizə və ya hovuza girməyə icazə verilmir, amma abortdan sonra duş qəbul etmək olar. Əməliyyat keçirən qadının abortdan 2 həftə sonra narahatçılığı olmasa belə həkim müayinəsinə mütləq getməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.