Yazda bu psixi xəstəliklər kəskinləşir – Xəbərdarlıq

Psixoterapevt Vladimir Sniqur fəsil dəyişikliyi ilə əlaqədar bəzi psixi xəstəliklərin kəskinləşməsi barədə xəbərdarlıq edib.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bir çox insanlarda bipolyar pozuntular və depressiya baş qaldırır.

Bunlar maniakal vəziyyət, sayrışan hallar, təkrarlanan fikirlərlə yanaşı gedir.

“Təbiətin oyanması ilə daxili psixi vəziyyət arasında kəskin fərq olur. Güllər açıb quşlar oxuduqca, insan bir o qədər əksinə qapanır.
Stress, təşviş bu halları daha da artırır.

Ümumilikdə yaz aylarında şəxsiyyət pozuntuları və psixikanın dəyişməsi baş verir. Şizofreniya, psixotik vəziyyət kəskinləşir.

Ona görə yaz gəlişində tez-tez əhval dəyişmələrinə, yuxu pozulmasına, eləcə də iştahın vəziyyətinə baxmaq lazımdır. Psixiatr kəskin psixi pozulma diaqnozu qoymadısa, o zaman bitki tərkibli yüngül sakitləşdiricilər içmək olar. Yaz aylarında psixiatr müayinəsindən keçmək vacibdir”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.