Yaz allergiyası mart, aprel və may aylarında bir çox insanda baş verən xəstəlikdir. Ağacların və otların tozları allergik reaksiya nəticəsində insanlarda asqırma, burun tutulması, burun axması kimi şikayətlərə səbəb ola bilər. Allergik rinit və ya saman qızdırması adlanan bu soyuqdəymələr yaz aylarında kabuslara çevrilir. Bundan əlavə, simptomlarına görə, tez-tez sinuzit və qrip kimi yuxarı tənəffüs yollarının xəstəlikləri ilə qarışdırılır.
Orqanik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bədən bitki tozlarına reaksiya verdikdə, asqırmağa, burun axmasına, narahatlığa və sulu gözlərə səbəb olan iltihablı maddələr buraxır. Allergik rinit bronxlarda, yaz allergiyası burunda, allergik konyunktivit isə gözlərdə olur. Buna uyğun olaraq, yaz aylarında gözlərdə allergiya, astma və allergik rinit əlamətləri hiss edirsinizsə, bu, sizdə yaz allergiyasının olduğunu bildirir. Yaz allergiyası dəridə reaksiya yaratdıqda, kontakt dermatit adlanan ekzemaya da səbəb olur.
Yaz allergiyası olan xəstələrdə baş verən simptomlar: asqırma və burun tutulması, burun axması, göz və burun qaşınması, dad və qoxubilmənin azalması, baş ağrısı, öskürək, göz ətrafında şişlik, yuxu problemləri, boğazda və bəzən damaqda qaşınma, yorğunluq.
Orqanik.az