Yaya qədər sağlam arıqlamağın yolları

Yaya qədər arıqlayıb ideal bədən quruluşuna sahib olmaq istəyirsinizsə, lifli qidalara üstünlük verməlisiniz.

Orqanik.az xəbər verir ki, bu sözləri rusiyalı endokrinoloq Maria Kaloşina Moslente.ru-ya müsahibəsində deyib. Eskpert sağlamlığa zərər vurmadan arıqlamağın əsas qaydalarını izah edib.

“Tərəvəzlər pəhriz lifinin əla mənbəyidir. Lif mədəni doldurur və uzun müddət doyurur, qanda şəkər səviyyəsini tənzimləməyə kömək edir, xolesterin səviyyəsini aşağı salır”, – mütəxəssis izah edib.

Kaloşina arıqlama prosesində diqqətli olmağı və bədənə zərər verməməyi tövsiyə edib. Onun sözlərinə görə, sərt məhdudiyyətlər həzm sisteminin pozulmasına gətirib çıxarır. Əgər bir tikə tort yemisinizsə və səhər tərəzidə çəkinizin artdığını gördünüzsə, təşvişə düşməyin. Bu, artıq mayedir və pəhrizi normaya saldıqdan sonra dərhal yox olur. Endokrinoloq vurğulayıb ki, insanlar susuzluğu aclıqla səhv sala bilirlər. Yemək istəyi varsa, 200 mililitr su için və aclıq hissini yenidən nəzərdən keçirin.

“Eyni zamanda lazım olduqca içmək lazımdır, özünüzü gündə iki litr su içməyə məcbur etməyin. Suyu çox içsəniz, böyrəklərə yük artacaq, dövran edən qanın həcmi artacaq və bu da öz növbəsində kəllədaxili təzyiqin artmasına, baş ağrılarına səbəb ola bilər. Oyandıqdan sonra bir stəkan ilıq su içmək müalicəvi təsirə malikdir”, – ekspert vurğulayıb.

Endokrinoloq səhər yeməyini də ötürməməyi tövsiyə edib:

“Səhər yeməyinin kalori miqdarı ümumi pəhrizin təxminən 35 faizini təşkil etməlidir. Səhər yeməyini ötürməklə naharda lazım olduğundan daha çox yemək riski ilə üzləşirsiniz. Tərkibində lif olmayan yarımfabrikat qidalar yeməyin. Yağsız qidalara da üstünlük verməyin, onlardan praktiki olaraq heç bir fayda yoxdur. Bundan əlavə, bədəndə faydalı mikroelementlərin səviyyəsinə nəzarət etməlisiniz. Onların çatışmazlığı da daimi aclıq hissinə səbəb ola bilər.

Gündəlik rejiminizi izləyin. Ən az 8 saat və saat 23.00-dan gec olmayaraq yatmaq hər şeydən daha çox vacibdir. Saat 23.00-dan 1.00-a qədər olan müddətdə yağların parçalanması prosesində iştirak edən lipaz hormonu ifraz olunur”, – mütəxəssis əlavə edib. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.