Yataqdakı problemlərin aşkar olmayan SƏBƏBLƏRİ

ABŞ-ın Ohayo ştatı universitetinin psixologiya, nevrologiya və molekulyar virusologiya professoru Qeri Venk deyir ki, yemək pozğunluqları qadınların cinsi davranışlarına təsir edir və yataqda problemlər yarada bilər. 

Orqanik.az lent.az-a istinadən bildirir ki, o, “Psychology Today” jurnalına yazdığı məqalədə nizamsız və balanssız qidalanmanın digər aşkar olmayan nəticələrini sadalayıb.

Onun sözlərinə görə, pəhrizin kişi cinsəlliyinə təsiri kifayət qədər yaxşı öyrənilibsə, zəif qidalanmanın qadın həssaslığına mümkün nəticələri barədə az şey məlumdur. İstinad etdiyi bir araşdırma, piylənmənin qadınların cinsi sağlamlığına birbaşa təsir etdiyini ortaya qoyub.

“Piylənmə bütün bədəndə həddindən artıq iltihab səviyyəsinə səbəb olur, buna görə qanda azot oksidinin səviyyəsi azalır. Bu səbəbdən sidik-cinsiyyət sisteminə qan axını azalır, bu da cinsi əlaqədən həzzin azalmasına səbəb olur”, – Qeri Venk vurğulayıb.

Venk həmçinin əmindir ki, intim həyatda problemlər tez-tez digər yemək pozğunluğu olan qadınlarda baş verir. “Məsələn, bulimiyası olan xəstələr impulsiv və riskli cinsi davranışa meyllidirlər, anoreksiya nervoza olan insanlar isə oyanmanın və orqazm funksiyasının azaldığını bildirirlər”, – nevroloq deyib.

Venk hesab edir ki, Aralıq dənizi pəhrizi kimi sağlam qidalanma da cinsi problemlərdən qorunmaq potensialına malikdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.