Yaşlanmanı gecikdirən ƏRZAQLAR

Amerikalı diyetoloqlar düzgün qidalanma ilə qocalmanı necə yavaşlatmağın yolunu izah ediblər.

Bu barədə “Eat This, Not That!” nəşri yazıb.

Dietoloq Ronald Smitin fikrincə, artıq şəkər sağlamlığa zərərlidir.

“Ömrünüzün uzun və sağlam olmasını istəyirsinizsə, mümkün olduqca peçenye və ya tort kimi zərərli qidalardan uzaq durmağa çalışın”, – deyə o, məsləhət görür.

Balıq isə əksinə, xüsusilə yaşlı insanlar üçün faydalıdır.

“Balıq orqanizmi xəstəliklərdən qoruyan Omeqa-3 doymamış yağ turşuları ilə zəngindir”, – deyə Smit vurğulayıb.

Diyetoloq Liza Yanq rasiona daha çox qocalma əleyhinə qidalar daxil etməyi tövsiyə edir.

“Faydalı tərəvəz və meyvələrə misal olaraq giləmeyvə, sitrus meyvələri, göyərti, yerkökü və bolqar bibərini göstərmək olar. Onlar yaşlanmanın mənfi təsirlərinin qarşısını alan antioksidanlar və liflə zəngindir”, – deyə o, izah edib.

Yanq həmçinin ətin bitki mənşəli protein mənbələri ilə əvəz edilməsinin bədən üçün faydalı olacağına inanır.

Diyetoloq Trista Best kifayət qədər su və ya onunla zəngin olan meyvə və tərəvəzlərdən, məsələn xiyar, balqabaq, pomidor, çiyələk, qarpız və sair istifadə etməyin vacibliyini xatırladır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.