Xərçəngə işarə edən ən CİDDİ ƏLAMƏT

Orqanik.az bildirir ki, tanınmış rusiyalı onkoloq akademik Andrey Kaprin “İzvesiya” qəzetinə xərçəngə işarə edən ən ciddi simptomu açıqlayıb.

Akademikin sözlərinə görə, bu simptom qanlı ifrazatların əmələ gəlməsidir.

Sidik və nəcisdə qan izləri və həmçinin süd vəzillərindən qanın ifraz olunması çox təhlükəli simptomdur və böyük ehtimalla xərçəngin inkişafına işarə edir.     

“Sizdə bu kimi əlamətlər varsa, vaxt itirmədən onkoloqa müraciət edin. Bu norma deyil. Bu xərçəbgin ən xarakterik simptomudur”, – Kaprin bildirib.

Həmçinin həkim qeyd edib ki, iştahanın və çəkinin səbəbsiz olaraq azalması da xərçəngin inkişafına işarə edə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.