Yapon qadınlarının yaşlarından daha gənc görünməsinin səbəbi məlum oldu

Uzun illər Avropa ölkələrində çalışan yapon professor Kazumi Tyoma dəriyə qulluğun əsas prinsiplərini hərtərəfli öyrənib. Onları doğma Yapon ənənələri ilə müqayisə edən ekspert bu qənaətə gəlib ki, çox az fərq var: yalnız iki. Ancaq onlar vacibdir!

Orqanik.az oxucuları Kazumi Tyomanın gözəllik tövsiyələri ilə tanış edir.

QAYDA №1: Göz ətrafını heç vaxt ovmayın, dartmayın və ya cızmayın.

Avropalılar dərilərinə tələsik qulluq edirlər. Onlar “Express”, “3 in 1”, “Instant”, “One Touch” və bu kimi etiketli məhsulları sevirlər. Yaponiyada biz də belə məhsulları satırıq, lakin onları fors-major hallar üçün təcili məhsul hesab edirik. Normalda mono vasitələrdən, yəni bir məqsədlə istifadə etməyə çalışırıq və sürətə can atmırıq. Xanımları narahat edən əsas məsələ makiyajın silinməsidir. Yaponlar dumanlı gözləri və ərəb tərzində digər vizajları sevsələr də, makiyajı təmizləmək kimi sarsılmaz qaydaya əməl edirlər.

Mən zarafat etmirəm. Yapon qadınlarının makiyajı necə təmizlədiyini bilirsinizmi? Onlar pambıq yastıqcıqları təmizləyici vasitə ilə istər yağ, süd və ya miselyar su ilə tamamilə nəm edir, qapalı göz qapaqlarına çəkir və 10-15 saniyə gözləyirlər. Sonra dərini birbaşa pambıq disk vasitəsilə yüngülcə masaj edir və təmizləyirlər. Onlar bu prosesi yüngül sığallardan sonra pambıqda heç bir kosmetika izi qalmayana qədər təkrar edirlər. 5 və ya 7 dəqiqə çəkə bilər, amma heç bir Yapon qadını göz qapaqlarını tələm-tələsik silib dərini ovmur. Buna görə də yapon qadınlarında göz ətrafındakı qırışlar orta hesabla 10, hətta 15 ildən sonra yaranır.

Makiyajı təmizləmək üçün başqa bir variantdan da istifadə edirlər, südü göz qapaqlarına çəkib 5-10 dəqiqə uzanırlar, sonra ilıq su ilə yuyurlar. Avropalılar deyə bilər ki, ah problem bu 10 dəqiqədədir? Bu suala həmişə bir sualla cavab verirəm: 10 il gec qocalmaq üçün gündə 10 dəqiqə gözləməyə dəyməz?

QAYDA №2: Tonikləri rədd edin, onları esessiyalarla əvvəz edin!

Avropa ölkələrindən birində böyük kosmetik mağazalarına gedən kimi diqqətimi çəkən ikinci fərq müxtəlif növ üz toniklərinin satılması oldu. Yağlı və yağsız, təbii ekstraktlı müxtəlif dəri tipləri üçün hər şey, sadalayıb qurtarmaq olmaz. Və xanımların çoxu onları alır! Sonra adi bir pasiyent kimi kifayət qədər tanınmış bir kosmetoloqun yanına gəldim və gündəlik üzə qulluq proqramı hazırlamağını istədim. Prosedurda tonik də var idi! Yaponiyada heç bir kosmetoloq bunu tövsiyə etməz. Tonik dərini qurudur, lipid baryerini məhv edir və səthdən suyu çıxarır ki, dəri dərhal dartılsın. Biz ümumiyyətlə toniklərdən istifadə etmirik. Bunun əvəzinə, Yaponiyada essensiyalar çox populyardır: çoxlu miqdarda vitaminlər, amin turşuları, minerallar və aşındırıcı komponentlər olan su əsaslı serumlar. Onlar dərinin dərinliyinə nüfuz edir, nəmləndirir və tonlayır, həmçinin, sanki sonrakı məhsullar üçün “yol açır” – kremlər və losyonlar, serumu tətbiq etdikdən sonra dəriyə daha yaxşı hopur və daha dərinə nüfuz edir. Yəni, bütün təmizləmə prosesini belə sıralamaq olar: kosmetikanı sildikdən sonra təmizləyici ilə yuyur, dəriyə miselyar su ilə səpir, dərini yumşaq parça və ya dəsmal ilə silir, essensiya çəkir, sonra krem təqbiq edirlər. Bütün proses təxminən 20 dəqiqə çəkir. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.