Yapon qadınlar hər zaman qüsursuz və parıltılı dəriləri ilə seçiliblər. Onlar bunu qidalar və özləri hazırladıqları maskalar hesabına edirlər.
Orqanik.az axşam.az-a istinadən xəbər verir ki, dörd ən önəmli addımla yapon qadınları kimi qüsursuz dəriyə sahib olmaq mümkündür.
Matça çayı için. Bu, Yaponiyada çox yayılan bir içkidir. Bir çox restoranda isti və ya soyuq halda verilir. Bu çay dəridəki səpkiləri qurudur, qızartıları aradan qaldırır. Tərkibi antioksidandan ibarətdir ki, dərinin ehtiyacını təmin edir. Yaşıl çaya bənzəyən bu içki ilə üzünüzə kompres də qoya bilərsiniz.
Yapon qadınları dərilərinin sağlam görünməsi üçün bağırsaqlarının sağlığına diqqət edirlər. Ona görə də yapon pəhrizinin böyük hissəsini probiotiklər təşkil edir. Bu, əsasən bitki çayları və tərəvəzlər tərkibində olur. Qatıq, kefir, pendir kimi qidaları çox istifadə edin.
Yapon qadınları dərilərini düyü kəpəyi ilə qidalandırırlar. Antioksidantlar və digər vitaminlərlə zəngin olan düyü yaşlanma riskini azaldır. Ləkəli dərini təmizləyir. Həm də dərini nəmli saxlayır. 3 yemək qaşığı düyünü tavada az miqdarda su ilə qaynadın. Düyünü süzün və içinə 1 xörək qaşığı süd əlavə edin. Bir neçə dəqiqə qaynadın. Kənara qoyub suyu süzün və yenə süd əlavə edin. Qarışım üzünüzdə qalacaq qədər qatı olmalıdır. Dərinizə çəkin bir neçə dəqiqə saxladıqdan sonra yuyun.
Hər gün üzünüzə buxar vannası edin. yatmazdan əvvəl dərinizi buxara verib sonra təmizləmək onu rahatlatacaq.
Orqanik.az