Daim su içmək istəyiriksə, zəhərlənmişik?

Daimi susuzluq hissi maddələr mübadiləsi pozğunluqları və mədəaltı vəzi ilə bağlı problemlərin əlaməti ola bilər.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə terapevt Lyudmila Lapa məlumat verib.

Mədə-bağırsaq traktı xəstəlikləri susuzluq hissi yarada bilər, həmçinin diabet və ya kəskin intoksikasiya zamanı da orqanizm su tələb edə bilər.

“Susuzluq mədə-bağırsaq traktının və onun yuxarı hissələrinin işi ilə əlaqəli əksər problemlərin göstəricisidir. Bunun öd və ya aclıq hissindən də qaynaqlanması mümkündür. Və ən əsası, susuzluq intoksikasiyanın varlığından xəbər verə bilər. Bütün bunlar su içmək istəyini yaradır”, – deyə terapevt xəbərdarlıq edib.

Həkim qeyd edib ki, daimi susuzluq zəhərlənmənin də ilkin əlaməti ola bilər, belə ki, bu yolla orqanizm zəhərli maddələrdən xilas olmağa çalışır. Bu vəziyyətdə təmiz sərin suya üstünlük verərək bol maye qəbul etmək tövsiyə olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.