Yaddaşınızı möhkəmləndirmək üçün bunları etməli

1. Saqqız çeynəyin. Saqqız çeynəmək yaddaşının 25 faiz daha güclü olmasına imkan verir.

2. Haram içki olan spirtli içkiləri qəbul edən, bundan qəti imtina etməlidir. Spirtli içki qəbul etmək beyin hüceyrələrinin çox sürətli ölməsinə səbəb olur.

3. Həftədə iki-üç dəfə balıq istehlak etməyə diqqət yetirin.

4. Siqareti atın. Aparılan araşdırmalara görə, siqaret çəkənlərin Alzheimer xəstəliyinə tutulma riski siqaret çəkməyənlərə görə üç dəfə çoxdur.

5. Stressin beyin hüceyrələrini təsir göstərməsini əngəlləmək üçün müntəzəm olaraq nəfəs idmanı edin. Doğru nəfəs almağa diqqət yetirin.

6. Gündə 5 kilometr yeriyin. Yerimək təkcə beyini deyil, həmçinin ürəyi də qoruyur. İnfarkt keçirmə riskini 40 faiz azaldır.

7. Yüksək səslə sözlər söyləyin. Məsələn, öz özünüzə “qazı söndürdüm” deyin. Bu sizə daha sonra qazı söndürdüyünüzü xatırladır.

Bu üsul insanlarla tanış olarkən də, adlarını xatırlama mövzusunda faydalı olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.