Yaddaşı yaxşılaşdıran MƏHSULLAR

Mütəxəssislər yaddaşı gücləndirməyə kömək edən məhsulların adlarını açıqlayıblar.

Orqanik.az İnteraz-a istinadla xəbər verir ki, brokkoli, pomidor, balqabaq tumu, qoz, kakao yaddaş üçün faydalıdır.

Belə ki, brokolli vitaminlərlə zəngin olan tərəvəzdir. Bu vitaminlər arasında yaddaşa müsbət təsir göstərən K, C və B qrupu vitaminləri var. C vitamini həmçinin beyni azad radikalların təsirindən də qoruyur.

Pomidorun tərkibində xeyli miqdarda C vitamini və beyin üçün çox faydalı oln, beyinin damarlarını təmizləyən və qoruyan likopin maddəsi var.  

Balqabaq tumu B qrupu vitaminləri, həmçinin maqnezium və selenlə zəngindir. Bu maddələr sinir sisteminə müsbət təsir göstərir və informasiyanı daha yaxşı qavramağa kömək edir.

Araşdırmaçıların sözlərinə görə, yunan qozu əsl “beyin stimullaşdırıcısı”dır. Onların tərkibində yaddaşı və koqnitiv bacarıqları yaxşılaşdıran yağ turşuları mövcuddur. Bundan başqa, qozda çoxlu kalium və maqnezium var.

Kakaonu intellektual əməyə başlamamışdan öncə içmək tövsiyə olunur. Qeyd olunub ki, kakaoda beynin fəaliyyətini yaxşılaşdıran triptofan və flavonoidlər var.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.