Yaddaşı möhkəmləndirir, orqanizmdəki zəhəri təmizləyir

Gün ərzində yediyimiz qidalar bədəndə toksinlərin yığılmasına səbəb olur.

Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, bu zəhərlər yığılaraq müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bunun üçün orqanizmdəki toksinləri yox etmək mütləqdir.

Bədəndəki zəhəri aradan qaldıran ən önəmli qidalardan biri küncütdür. Küncüd tərkibindəki minerallar və vitaminlər sayəsində orqanizmi təmizləyir, bir çox xəstəliklərdən qoruyur.

Tərkibində E, C və B vitaminləri olan küncüdü qovuraraq, krem halında, bala qataraq və bir çox yolla tükətə bilərsiniz. Hüceyrə molekulları arasındakı tənzimləməni edir.

Küncüd eyni zamanda bədəninizdə olan yaraların tez sağalmasına kömək edir. Xərçəng riskini azaldır. Damar sərtliyini və tıxanıqlığını aradan qaldırır.

Küncüd eyni zamanda dəri üçün də faydalıdır. Dərini nəmləndirir, erkən qocalmanını qarşısını alır.

Əgər görmə probleminiz varsa, gündə 2 dəfə küncüd yeyin. Bu, görmə qabiliyyətini yaxşılaşdırır. Yaddaş pozuntusu olanlar da bu qidadan faydalana bilərlər. Tərkibindəki E vitamini yaddaşı möhkəmləndirir.

Güclü antioksidant olan E vitamini bədənə enerji verir, dərini nəmləndirir. 2 xörək qaşığı küncüdün tərkibində gün ərzində orqanizminizə lazım olan proteyin mövcuddur.

Yeni ana olan xanımlar çox küncüt yeyə bilər. Bu südü çoxaldır. Uşaqlarda isə yaddaşı gücləndirir.

Əgər onu tək yemək istəmirsinizsə küncüd sosusu ilə qarışdırın. Tərəvəzlərlə salat hazırlayıb üzərinə küncüt töküb yeyə bilərsiniz. Tahini humus formasında da yemək xeyirlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.