Xroniki böyrək xəstələrində müşahidə olunan dəri problemlərinin ev şəraitində müalicəsi ÜSULLARI

Nefroloq Barat Yusubov xroniki böyrək xəstələrində müşahidə olunan dəri problemlərinin ev şəraitində müalicəsi üsullarını açıqlayıb.

Aztibb.az həmin tövsiyələri təqdim edir:
– Dəridə quruluğu artıran və dərinin həssaslığını oyadan faktorlardan uzaq olmaq;

– Çox isti və ya çox soyuq ortamlardan uzaq olmaq;

– İlıq su ilə və qısa müddətli vanna qəbul etmək və yuyunmaq;

– Dərini daha az qurudan sabunlardan istifadə etmək ( Dove, Sebamed, Neutrogena, Eubos);

– Nəmləndirici və yumuşaldıcı kremlərdən istifadə etmək (duş qəbulu zamanı və sonra): Bu zaman törə və laktik turşu tərkibli nəmləndiricilər yararlı ola bilər. Xüsusilə də çimdikdən sonra nəmli dəriyə çəkilən bu vasitələr nəmi dəriyə hopdurma qabiliyyətinə malik olur.

Bu məqsədlə istifadə olunan nəmləndiricilər aşağıdakılardır:

– Salmandol (vanna üçün tibbi yağ )

– Nutraplus 10% losyon

– Exsipial Hydro 2% emulsiya və s. Bu vasitələr yalnız həkim göstərişi əsasında istifadə edilməlidir.

Günəşdən qorunma: Günəşdən dərini qorumaq üçün buna uyğun geyimlər, və gündən qoruyucu vasitələr seçilməlidir.

Tez-tez özünü (dərini) müayinə etmək mütləqdir: Dəridə əmələ gələ biləcək infeskiya, allergik reaksiyalar və dəri xərçənginin erkən təyini çox vacibdir.

Bu səbəbdən dəridə hər hansı bir problem aşkarladıqda mütləq həkimə müraciət edin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.