Xorultunu dayandırmağın ÜSULLARI

Xorultu ilə mübarizə aparmaq üçün bir neçə təsirli üsul var.

Bu barədə yuxu mütəxəssisi və “Mattress Next Day” şirkətinin baş direktoru Martin Sili, eləcə də everynight.com portalının ekspertləri  Kira Pritçard və Narvan Amini məlumat veriblər.

Yuxu mütəxəssislərinin fikrincə, böyrü üstə yatmaq, alkoqol istehlakını azaltmaq, yastığı dəyişmək, sağlam qidalanmaq xorultunu aradan qaldıra bilər.

Həmçinin, ekspertlər xorultu ilə mübarizədə boğaz əzələlərini gücləndirmək üçün məşqlərin yerinə yetirilməsi və yatmazdan əvvəl bəzi qaydalara riayət edilməsini də (hər gün eyni vaxtda yatmaq, yatmazdan qısa müddət əvvəl smartfon, planşet və kompüterdən imtina etmək) vacib hesab edirlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.