Xorultudan qurtulmağın sadə yolları AÇIQLANDI

Britaniyalı cərrah Karana Raca xorultudan xilas olmaq üçün sadə üsullar təklif edib. 

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, həkim izah deyib ki, xoruldama yuxu zamanı rahatlaşan dil, boğaz və tənəffüs yollarının titrəməsi nəticəsində baş verir. Bədənin bu hissələrinin əzələlərini gücləndirmək üçün gimnastika xoruldama ilə mübarizədə kömək edir.

Raca dili çıxartmağı və beş saniyə bu vəziyyətdə dondurmağı tövsiyə edib. Ən yaxşı nəticə üçün üzünüzün qabağına bir qaşıq qoyub dilinizi üzərinə basa bilərsiniz.

Başqa bir sadə məşq dili sağdan sola hərəkət etdirməkdir. Qırtlağın əzələlərini gücləndirmək üçün Raca ağzınızı açmağı, dili damağa basmağı və beş saniyə ərzində bu vəziyyətdə dondurmağı təklif edib. Hər məşq üç-dörd dəfə aparılmalıdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.