Xolesterin elə yağ toxumasıdır ki, bütün orqan və toxumlarda yığıla və patologiya əmələ gətirə bilir. Xolesterinin böyük bir hissəsini qara ciyər sintez edir. Xolesterinin biz qəbul etdiyimiz qidalar vasitəsilə də orqanizmə daxil edirik.
Xolesterinin əsas funksiyası öd turşusu əmələ gətirməkdən, yağların sorulmasını, cinsi və qalxanabənzər vəzi hormonlarının ifraz edilməsini sürətləndirməkdir.
Xolesterin bir çox orqanlar və toxumalar üçün vacib sayılır. Onun normadan yüksək olması isə orqanizm üçün ölümcül xəstəliklərə səbəb ola bilir. Bu səbəblərə görə 20 yaşdan yuxarı qanda xolesterinin səviyyəsini nəzarət altında saxlamaq lazımdır. Bu orqanizmin sağlamlığı üçün vacib sayılır.
Qanda xolesterinin miqdarını təbii vasitələrlə də saxlamaq mümkündür.
1. Kərəvizin tərkibində apigenein, maqnium, kalsium və s.minerallar var. Adları çəkilən maddələr qanda xolesterinin miqdarını azaldır, arterial təzyiqi aşağı salır.
2. Çətənə bitkisinin yarpaqlarının dəmləməsini içmək qana xolesterinin miqdarını aşağı salmaqla yanaşı arterial təzyiqin də normallaşmasına səbəb olur. Dəmləmə üçün 3 xörək qaşığı quru ot yarpaqlarının üzərinə 600 ml qaynar su töküb 8 saat saxlamaq və gündə 3 dəfə 1 stəkan içmək lazımdır. Kökünün isə 60 qram qurusunun üzərinə 1 litr qaynar su əlavə edib 10 dəqiqə qaynatmaq və səhər yeməyindən əvvəl içmək lazımdır.
3. Lobyanın tərkibində yağın miqdarı çox azdır. Onun tərkibi lesitin maddəsi ilə zəngindir. Bu maddə orqanizmin xoesterindən xilas olmasına yardım edir.
4. Qaragilə antioksidant maddələrlə zəngindir, qanda xolesterinin miqdarını azaldır, qanı durulaşdırır, miokard infarktı və trob əmələ gəlməsinin qarşısını alır. Qaragilə dəmləməsi arterial təzyiqi aşağısalır və qan damarlarını genişləndirir.
5-6. Soğan və sarımsaq qanda xolesterinin miqdarını azaltmaq qabiliyyətinə malikdir, trombozun qarşısını alır və infarkt əmələ gəlməsini ləngidir. Hər gün 1 diş sarımsaq yemək qanda 9% xolesterinin azalmasına, 18% isə infark riskinin aradan qalmasına səbəb olur.
Orqanik.az