Ağzı açıq halda yatmaq kariesin əmələ gəlməsinə səbəb olur

Nəfəs alıb-vermə prosesi dişlərdə xəstəliklərin əmələ gəlməsi prosesinə təsir edir. Bu barədə Yeni Zellandiyanın Stomotoloji Araşdırmalar İnstututu məlumat yayıb. Məlumatda ağzı açıq halda yatan insanların dişlərində kariesin əmələ gəlmə şansının çox olduğu yazılıb.

Ağız boşluğunda turşuluğun miqdarı normal olmalıdır. Turşuluq balansınını normal olması dişlərin qoruyucu baryerininn olması deməkdir. Belə ki ağız boşluğunda pH balansının normal olmaması və ya 7-dən yuxarı olması dişlərdə kariesin əmələ gəlməsinə səbəb olur.
Ağızda turşuluğun artması dişlərin emal təbəqəsinin korlanmasına səbəb olur ki, bu da kariesin əmələ gəlmsinin əsas səbəbi sayılır. Stomatoloqlar ən çox ağzı açıq yatan adamların ağz boşluöunun turşuluq səviyyəsinin yüksək olduğunu qeyd edirlər.
Yeni Zellandiyalı həkimlər 10 könüllü üzərində araşdırmalar aparmış və araşdırmaların nəticələrinə əsaslanaraq bu qərara gəlmişlər. Araşdırmada iştirak edənlərin burunlarını sıxıcı ilə sıxmış və ağızlarını yatan zaman xüsusi əşya ilə açıq saxlamış və ağız suyunu müayinə etmişlər. Nəticədə gündüz ağız boşluğuna pH balansı 7,3, axşam isə 7,0 olmuşdur. Ağzı açıq yatan zaman ağız boşluğunda turşuluğun miqdarının artmasını Con Çoy belə izah etmişdir:
” Gecə yatarkən ağzı açıq qalan adamların ağzında turşuluğun miqdarı yuxunun ilk saatlarında sürətlə artır. Ağzı qapalı yatlanda turşuluğun ölçüsü 3,6 olur. Bu da dişlərin emal təbəqəsinin korlanmamasına səbəb olur. Ağzı açq halda yatarkən ağız boşluğunun temperaturu aşağı düşür ki, bu da turşuluğa təsir edərək emalı korlanmasına və kariesin əmələ gəlməsinə səbəb olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.