Xolesterindən əziyyət çəkirsiniz?

Ölkəmizdə insanların bəlkə də cəmi 5 faizi qanlarındakı xolesterinin miqdarından xəbərdardır. Amma Avropada və Amerikada insanların 80 faizi xolesterinlərinin miqdarını bilir və onu qaydasında saxlamağa çalışırlar.

Orqanik.az Axşam.az-a istinadən bildirir ki, mütəxəssislər iddia edir:

qanda xolesterinin yüksək olması ateroskleroza (ürək-damar sistemi xəstəliyi) və artıq piylənməyə gətirib çıxarır. Buna görə də gəlin ehtiyatlı olaq. Xolesterini daim qaydada saxlamaq əsas şərtdir.

Əgər düzgün qidalansanız, qandakı xolesterini daim qaydasında saxlaya bilərsiniz:

Yumurta: həftədə 2-3 ədəd
Kərə yağı: gündə 15-20 qr. Əgər bu azdırsa, gündəlik yağ qəbulunu zeytun və ya digər bitki yağı ilə əvəzləyə bilərsiniz.
Ət və balıq: gündə cəmi 100 qr.
Ət suyu ilə hazırlanan şorba: həftədə 1-2 dəfə 200 ml. Qalan günlərdə isə tərəvəzlərlə hazırlanan şorba içmək məsləhətdir.

Xolesterinin miqdarını artırır:
· Şokolad və kakao.
· Südlü və kərə yağlı dondurma, xama ilə hazırlanan krem, tort, pirojna, pudinq.
· Qaymaq, pendir.
· Ördək, qaz əti.
· Hisəverilmiş kolbasa və ya toyuq.
· Çipsi, çərəz.

Xolesterinin miqdarını azaldır:
· Təbii giləmeyvələr və meyvələr.
· Təbii meyvə şirələri.
· Kahı, cəfəri, şüyüd və keşniş.
· Tərəvəzlər.

Diqqət!
· Gün ərzində bir qəhvə fincanı qədər ağ şərab içmək xolesterin problemini aradan qaldırır.

Qara çili istiotu da xolesterinlə mübarizə aparmaq üçün əla vasitədir.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.