Xərçənglə bağlı şok xəbər: Peyvənd xəstəliyin kökünü kəsəcək? – Professor

“mRNA” vaksini ilə dünyanın koronavirusla mübarizəsinə böyük töhfə verən və milyonlarla insanın həyatını xilas edən Özləm Türeci və Uğur Şahin cütlüyünün birgə təsis etdiyi “BioNTech” şirkəti xərçəng xəstəliyinə qarşı peyvənd istehsal edəcəyi bildirilib.

Bəs, 2030-cu ilə qədər təqdim edilməsi planlaşdırılan xərçəng peyvəndi nə qədər effektiv olacaq? Ümumiyyətlə, vaksinlər xərçənglə mübarizədə uğurlu vasitədirmi?

Orqanik.az teleqraf.com-a istinadən bildirir ki, tibb professoru Adil Qeybulla belə yeniliyi təqdir etsə də, real perspektivdə bunun mümkün olmayacağını bildirib.

Həkimin sözlərinə görə, vaksinlər profilaktik istiqamətdə istifadə olunur. Vaksinin müalicəvi şəkildə təyinatı müəyyən irəliləyişlərə səbəb ola bilər:

“Amma heç bir şey bu xəstəliyin kökünü kəsə bilməyəcək. Belə bir deyim var, hər bir insan öz xərçənginə qədər yaşayır. Gec və ya tez canlı orqanizmlərin yenilənmə prosesi, yəni hüceyrələrin bir hissəsinin ölməsi və yenilərinin əmələ gəlmə prosesi hansısa mərhələdə qırılır. Bu zaman atipik hüceyrələr, yəni xərçəng hüceyrələri yayılır və getdikcə çoxalmağa başlayır”.

Professor qeyd edib ki, xərçəng orqanizmdə canlı hüceyrələrin bölünmə prosesinin pozulması hesabına yaranır: “Hamı elə düşünür ki, yeni bir dərman istehsal olunacaq və bunu qəbul edən zaman xərçəngə qalib gələcəklər. Bu, xərçəngdən anlayışı olmayanların versiyasıdır. Əslində, bu cür tədqiqatlar xərçənglə mübarizədə bəlkə də müəyyən qədər təsir göstərə bilər, lakin bəzi onkogen viruslarının xərçəng törətmə qabiliyyəti olduğundan onlara qarşı hansısa vaksinin güclü təsir edəcəyini düşünmürəm”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.