Xərçəngin yayılmasının qarşısını almaq mümkündür

Amerika alimləri xərçəng hüceyrələrinin beynə yayılmasına kömək edən bir zülalın xüsusiyyətlərini kəşf etdiklərini bildiriblər.

Mərkəzi Nyu-Yorkda yerləşən “Weill Cornell Medicine” səhiyyə mərkəzi və “Presbyterian” xəstəxanasının alimləri CEMİP zülalının qan damarları ilə immun hüceyrələrini xərçəng hüceyrələrinin beynə yayılmasına kömək edən iltihablı molekulları yaratmağa təşviq etdiyini müəyyən ediblər.

Heyvan üzərində aparılan təcrübələr göstərdi ki, bu zülalın bloklanması metastazların beyinə yayılmasının qarşısını alır.

Xərçəngə bağlı ölümlərin böyük qisiminin xərçəng hüceyrələrinin digər orqanlara yayılmasından qaynaqlandığı bildirilən xəbərdə, ən təhlükəli hadisələrdən birinin beyin metastazı olduğu qeyd edilib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.