Xərçəngin qarşısının alan faydalı məhsullar

Xərçəngin qarşısının alan faydalı məhsullar

Onkoloq, cərrah İvan Karasev siyənəyi xərçəngin qarşısının alınması üçün ən faydalı məhsullardan biri adlandırıb.

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, o, öz “Telegram” kanalında yazıb ki, onkologiyanın inkişafına sərbəst radikallar səbəb olur və buna görə də orqanizmin sadəcə olaraq antioksidantlara ehtiyacı var.

Onun sözlərinə görə, bu antioksidantları, həmçinin orqanizm üçün əvəzolunmaz omeqa-3 yağ turşularını siyənək balığından, həmçinin yerfıstığı, küncüt və püstədən almaq olar.

Digər güclü antioksidant o, təmizlənməmiş bitki yağı adlandırdı.

Bundan əlavə, İvan Karasevin qeyd etdiyi kimi, qiymətli antioksidantlar (bitki polifenolları) yaşıl çay, üzüm, alma, kakao, soya, zerdeçal, giləmeyvə və brokkolinin tərkibində olur.

Pomidordan sərbəst radikalların yaranmasına mane olan, ultrabənövşəyi radiasiyanın, iltihabın zərərli təsirlərini azaldan likopen ala bilərsiniz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.