Xlorofil, amin turşusu, mineral və vitaminlər baxımından olduqca zəngin olan səməni suyunun çoxsaylı faydaları ilə sizi də tanış edir.
Təbii enerji verir
Səməni suyu təbii enerji istehsal edən sağlam bir şirədir. İçindəki bütün qidalandırıcı maddələrin bədənə işləməsini təmin edir. Eyni zamanda, zülalları əmələ gətirən amin turşuları üçün yaxşı bir qaynaqdır. Yumurta və ət kimi yeməkləri yeyərkən bədən onları zülala çevirməzdən əvvəl amin turşularıyla bölmək üçün enerji xərcləyir. Səməni suyu amin turşusu ilə zəngin olduğundan onu bölməyə ehtiyac olmur, nəticədə enerji də xərclənmir.
2-4 yemək qaşığı cücərmiş buğda suyu ilə sevdiyiniz bir meyvə və ya tərəvəz suyunu qarışdırın. Daha enerjili olmaq üçün hər gün içə bilərsiniz.
İmmun sistemini gücləndirir
Sağlam bir immunitet sistemi çox əhəmiyyətlidir. Bir çox mikrob və infeksiyadan bədəni qoruyur. Səməni suyu ilə immunitet sisteminizi qüvvətləndirə bilərsiniz. Cücərmiş buğda suyu amin turşusu ehtiva etdiyi qədər, bədəni zərərli patogen mikrob və kanserogen maddələrdən qoruyan bir çox fermentə malikdir.
Eyni zamanda, bu su bədənin hüceyrələrini gücləndirir, qaraciyəri toksinlərdən təmizləyir. Beləliklə də, immuniteti zəiflədən və sizi xəstələndirən səbəblərin qarşısını alır. Digər tərəfdən, bədəndəki qırmızı qan hüceyrələrini artırır, daha güclü bir immunitetə sahib olmağınızı təmin edir. Tərkibindəki A və C vitamini sayəsində soyuqdəymədən qoruyur, ciddi xəstəliklərin qarşısını alır.
Toksinlərdən təmizləyir
Cücərmiş buğda suyu qələvi və qidalandırıcı maddə baxımından zəngindir. Buna görə detoks pəhrizlərində də məsləhətdir. Toksinlərin xaric edilməsi üçün əhəmiyyətli olan çəməni suyu qanı yeniləməyə kömək edir. Eyni zamanda qaraciyəri qoruyur. Qidalandırıcı maddələr və fermentlərlə toksinləri təsirsiz hala gətirib bədənin yaxşı həzmini təmin edir.
Orqanik.az